“Qızıl medal qazanacağıma əmin idim” – Hidayət Heydərov

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

“Euronews” xəbər kanalı turnirlə bağlı hazırladığı süjetdə qalib cüdoçumuza da yer ayırıb.

Süjetdə 73 kq çəki dərəcəsində yarışan H.Heydərovun dünya çempionu olan gürcü Laşa Şavdatuaşvilini “golden score” bölümündə geridə qoyduğu bildirilib.

Kanala müsahibə verən çüdoçumuz çox inamlı, eyni zamanda karyerasında çox önəmli mərhələ olan final üçün həyəcanlı olduğunu deyib:

“Bu səhər oyananda özümü gümrah hiss edirdim və finalda olacağımı bilirdim. Finala çıxanda isə artıq əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəyəm, buna görə də qızıl medal qazanacağıma əmin idim”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]