Bin Ladenin öldürülməsində iştirak edən gəmidə daha bir MÜƏMMA

1980-ci il istehsalı olan “USS Carl Vinson” təyyarədaşıyan gəmisinin ekipaj üzvlərindən biri göyərtəsində ölü tapılıb.

Aktualtv.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadla “Stars and Stripes” məlumat yayıb.

Keçmiş 1 nömrəli terrorçu Üsamə bin Laden 2011-ci ilin mayında “USS Carl Vinson” gəmisindən Ərəb dənizinin sularında dəfn edilib.

Dənizçi, USS Carl Vinson Kaliforniyadakı North Island Hərbi Hava Qüvvələri bazasında təyyarədaşıyan gəmi park edərkən ölü tapılıb.

Gələn xilasedicilər onu huşsuz vəziyyətdə tapıblar və ayılda bilməyiblər. Cinayət və ya intihar əlamətləri aşkar edilməyib.

Hazırda faktla bağlı araşdırma aparılır. ABŞ Hərbi Dəniz Qüvvələrinin qaydalarına görə, ölən dənizçinin kimliyi açıqlanmır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]