“Aİ Ukraynaya 500 milyon avro dəyərində silah göndərəcək” – Borrell

Avropa Birliyi Ukraynada hərbi əməliyyatların davam edəcəyinə görə, Kiyevə hərbi yardım göstərmək üçün daha 500 milyon avro ayırmaq qərarına gəlib. Beləliklə, Avropa Sülh Fondundan Ukraynaya silah üçün ayrılan məbləğ 2,5 milyard avroya qədər artacaq.

Bunu Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra Aİ-nin xarici xidmətinin rəhbəri Xosep Borrel deyib.

“Ukraynada müharibə davam edəcək. Aİ bu ölkəyə lazım olan hər şeylə dəstəyini davam etdirəcək, xarici işlər nazirləri bu gün yeni hərbi yardım üçün daha 500 milyon avro ayrılması barədə siyasi qərar qəbul ediblər”, – o deyib.

Beləliklə, Avropa Sülh Fondundan Ukraynaya silah üçün ayrılan məbləğ 2,5 milyard avroya qədər artacaq. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]