Sabiq nazirin 12 milyonluq şirkəti məhkəməyə verildi

“Standard İnsurance” Sığorta Şirkəti ilə “AB Logistic” MMC arasında məhkəmə çəkişməsi gedir.

Aktulatv.az xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir.

Məhkəmə çəkişməsinin səbəbi sığrota müqaviləsi üzrə mübahisələrdir. Apellyasiya şikayətini verən “AB Logistic” MMC-dir. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədovun icraatındadır.

“Standard İnsurance” Sığorta Şirkəti 5 fevral 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 12 600 000 AZN olan şirkətinin qanuni təmsilçisi Əhmədov Rəşad Bayram oğludur.

O, həm də İcbari Sığorta Bürosunun icraçı direktorudur. Rəşad Əhmədov bu vəzifəyə 2018-ci ildə təyin edilib. O, 2007-ci ildə “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri, 2016-2018-cillərdə isə “Alliance Capital AŞ” şirkətində İdarə Heyətinin sədri olub. Rəşad Əhmədov İcbari Sığorta Bürosunun icraçı direktoru təyin edilənə qədər “Azərbaycan Sənaye Sığorta” şirkətində Direktorlar Şurasının üzvü olub.

“Sandard İnsurance” şirkəti “AB Standadr” şirkətlər qrupuna daxildir. “AB Standard” isə keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsusdur. Heydər Babayev vəzifədən çıxarılandan sonra onun biznes imperiyası çökməyə başlayıb. Yeri gəlmişkən, “Standard İnsurance” Sığorta Şirkəti də hazırda ləğv prosesindədir. 32gun.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]