Mübariz Mənsimov: “AXC qurucularının qarşısında baş əyirəm”

“Palmali” şirkətinin prezidenti, Azərbaycanlı iş adamı, hazırda İstanbuldakı Silivri həbsxanasında əsassız ittihamlarla saxlanılan Mübariz Mənsimov dünya azərbaycanlılarını 28 May – Respublika günü münasibəti ilə təbrik edib.

AKTUAL TV xəbər verir ki, Mənsimovun sosial şəbəkə hesabındakı paylaşımında bunları yazıb:

“Əziz qardaşlar və bacılar! “Palmali” şirkəti adından bütün Azərbaycan xalqını, dünyada yaşayan bütün soydaşlarımızı 28 May – Respublika Günü münasibəti ilə təbrik edirəm. 28 May bizim millətimizin, xalqımızın ən müqəddəs günüdür. Bu gün bizə gələcəyimizi bəxş edib, onu qurmaq, yaratmaq, xoşbəxt etmək imkanları qazandırıb. Mücadiləmiz Azərbaycan adını bütün dünyaya tanıtmaq, amalımız Azərbaycan həqiqətlərini yer üzündə yaşayan hər bir insana çatdırmaqdır. Bunu Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adı ilə edirik. “MAMMAD AMIN RASULZADE” gəmimiz dənizlərin, okeanların müqavimətini yararaq dünyanın hər yerində üçrəngli bayrağımızı təbliğ edirik. Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin bütün qurucuları qarşısında baş əyirəm. Ruhunuz şad olsun, bizə əmanət etdiyiniz üçrəngli bayraq əbədi olaraq zirvələrdə dalğalansın. Respublika Gününüzü təbrik edirəm!”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]