Yüksək vəzifəyə təyin olunan sabiq DTX polkovniki kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin əmri ilə polkovnik Arif Babayev nazirin müşaviri vəzifəsinə təyin edilib.

Bu təyinatadək A.Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev “Vətən uğrunda”, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları ilə təltif olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmri ilə “Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı” döş nişanı və “Qüsursuz xidmətə görə” I dərəcəli medalı ilə təltif edilib.

O, 2019-cu ilin martında “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.sfera.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]