Türkiyə Futbol Federasiyasının binasına silahlı basqın edilib – YENİLƏNİB

Türkiyə Futbol Federasiyasının Rivadakı binasına silahlı basqın edilib.

Hücumun TFF-də idarə heyəti toplantısı zamanı baş verdiyi bildirilib. Kamera qeydləri araşdırılıb.

TFF İdarə Heyətinin bu gün keçirilən iclasında Riva Obyektlərinin düz yanındakı dərənin kənarından binaya atəş açılıb. İclasın keçiriləcəyi hissəni və prezident mərtəbəsinin yerləşdiyi ərazini hədəf alan hücumda xəsarət alan olmadığı məlum olub. Binaya 5 güllənin dəydiyi bildirilib. Hadisə yerində araşdırma aparan təhlükəsizlik qüvvələri Rivada bütün kameraları araşdırıb və hücum edənlərin hadisə yerindən bir vasitə ilə qaçdığı bildirilib.

TFF binasına planlaşdırılan hücumun aşağı mərtəbədə yerləşən prezident aparatı və idarə heyətinin otağında baş verdiyi qeydə alınıb. Güllələrdən birinin Hamit Altıntopun başından keçdiyi öyrənilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]