Xəzər dənizində Rusiya gəmiləri toqquşdu – Ölən var+Yenilənib

Xəzər dənizində Həştərxan yaxınlığında iki kiçikhəcmli gəmi toqquşub.

Aktualtv.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Bildirilir ki, qəza nəticəsində xəsarət alanlar var.

“Oktyabrın 7-də saat 17:20-də Baş idarənin operativ növbətçiliyinə İkryaninski rayonunda, Xəzər dənizində iki kiçikhəcmli gəminin toqquşması barədə məlumat daxil olub. Toqquşma nəticəsində xəsarət alanlar var”, – məlumatda deyilir.

***

Rəsmilər hadisə nəticəsində bir nəfərin öldüyünü bildirib.

Qeyd edilir ki, şturmanlardan biri olan 2000-ci il təvəllüdlü kişi təcili yardım gələnə qədər ölüb, ikinci gəminin şturmanı xəsarət almayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]