“Əliyev bizə seçim və şans verdi” – Erməni siyasətçi

Erməni xalqının Mərkəzi Seçki Komissiyası İlham Əliyevdir. O, bizə yenə şans verdi, qarşımıza seçim qoydu.

Bu fikirləri İrəvan telekanalanın “İcmal” verilişinin efiri zamanı tanınmış erməni siyasətçi Vahe Ovannisyan bildirib.

“Ermənistanda seçkilər başlayıb. Bu barədə İlham Əliyev qərar verib və əslində, o, bizim yeganə MSK-mızdır. O, bizim milli seçki bülleteninə ikicə sual yazıb:

1. Dövlət kimi mövcüd olmaq istəyirsiniz?

2. Ermənistan adekvat respublikadır, yoxsa köçəri bir xalq?

Üç milyon insanın taleyi yalnız İlham Əliyevin əlindədir. Nəinki 3 milyon, hətta erməni xalqının gələcək nəsillərinin taleyi belə o adamın əlindədir. Artıq yalanlar bitdi, biz bu reallığı qəbul etməliyik. Ya yaşayırıq, ya da köçəri kimi mövcud oluruq”, – deyə o bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]