Putin hərbi vəziyyət elan etdi – Rusiyanın bu şəhərlərində giriş-çıxışlar məhdudlaşdırıldı

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ilhaq olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyət elan edib.

Aktualtv.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ilhaq edilmiş Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.

Rusiya Təhlükəsizlik Şurası ilə görüşdə danışan Putin Ukraynada hərbi əməliyyatı sürətləndirmək üçün Baş nazir Mixail Mişutsinin rəhbərliyi ilə koordinasiya komitəsi quracaqlarını açıqlayıb.

Putinin imzaladığı fərmana əsasən, Rusiyanın Ukrayna ilə sərhədinə yaxın Krasnodar, Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətlərində, həmçinin Ukraynanın ilhaq etdiyi Krım və Sevastopolda da giriş-çıxışlar məhdudlaşdırılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]