İran Ermənistana silah satır? – XİN rəhbərindən AÇIQLAMA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 22-nə olan məlumatına əsasən, düşən yağıntının miqdarı: Astarada 41.0 mm, Naxçıvanda 12.0 mm, Gədəbəydə 11.0 mm, Qusar, Göygöldə 7.0 mm, Qax, Quba, Şərurda 6.0 mm, Ağdərə, Qrız, Altıağac, Ordubad, Sədərək, Daşkəsən, Gəncə, Qəbələ, Şəki, Şahbuz, Şahdağ, Neftçala, Xaltan, Göytəpə, Qobustan, Lənkəran, Beyləqan, Xınalıq, Culfa, Naftalan, Ağdam, Zaqatala, Şəki, Şamaxı, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Şirvan, Salyan, Biləsuvar, Şəmkir, Xaçmaz, İsmayıllı, Lerikdə 5.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Qarın örtüyünün hündürlüyü: Qrızda 3 sm, Xınalıq, Ləzədə (Qusar) 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Naftalan, Tərtərdə 26 m/s, Bərdədə 25 m/s, Ağdamda 24 m/s, Mingəçevir, Neftçala, Naxçıvanda 20 m/s, Yevlaxda 19 m/s, Gəncədə 18 m/s, Zərdab, Ceyrançöl, Sabirabadda 17 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 30 m/s, Pirallahıda 24 m/s, Çilov adasında 22 m/s, Sumqayıtda 21 m/s, Binədə 19 m/s, Maştağada 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 23-ü səhərədək davam edəcək. 23-ü gündüz, 24-də hava şəraiti sabit, gün ərzində əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

[media=https://youtu.be/u7mzat7cLto]

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]