Bu sürücülərin DİQQƏTİNƏ: 40 manat cərimə oluna bilərsiniz

“Bakıda avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğinda cərimə oluna bilərlər”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin naş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

DYP rəsmisi bildirib ki, bu gün paytaxtın daha bir küçəsində avtobus zolağı salınır: “Bu, ictimai nəqliyyatın fasiləsiz və rəvan hərəkət etməsi üçün vacib olan addımlardan biridir. Hesab edirəm ki, ictimai nəqliyyat üçün mümkün qədər yolların çox olması, eyni zamanda, digər hərəkət iştirakçılarının da vəziyyəti düzgün qiymətləndirərək ictimai nəqliyyatdan istifadə edən insanların vaxtında mənzil başına çatması üçün onların zolağına daxil olmaması da prosesi sürətləndirə bilər”.

“Cərimələnmə prosesi nəyinki, Yol Patrul Xidməti əməkdaşlarının xidməti ərazisində, eyni zamanda, xüsusi texniki vasitələrin imkanları ilə müəyyən ediləcək”, – A.Əsgərli vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]