“Naxçıvanın muxtar statusunun ləğvinə hazırlıq sürətlənir”

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilərək DTX-nin Naxçıvan Baş İdarəsi yaradılıb.

Aktualtv.az xəbər verir ki, REAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli bu qərarı Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq kimi dəyərləndirib.

O qeyd edib ki, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur: “Belə başa düşürəm ki, Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir – doğru yanaşmadır. Amma bu addımın illərdir dediyimiz hüquqi bazası, konstitusiya islahatları ayağı mütləq olmalıdır. Yeni Konstitusiyada bir çox məsələlərlə yanaşı, ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, Böyük Şəhər Bələdiyyələri və seçkili Mer institutu təsis edilməlidir. Bu, həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) ölkəyə siyasi-iqtisadi-inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olmaqla yanaşı, ölkənin tamamında da sistem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə, nəhayət ki, start verilmiş olacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]