Medianın İnkişafı Agentliyi və Bakı Slavyan Universiteti arasında görüş keçirildi

Noyabrın 3-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev arasında görüş keçirilib.

Aktualtv.az xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov ölkəmizdə medianın keçdiyi inkişaf yolundan, aparılan islahatlardan danışaraq təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və yeni media mühitinin tələblərinə cavab verən kadr potensialının artırılmasının önəmini vurğulayıb. O, ali təhsil müəssisələri ilə media sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev media sahəsində islahatlar prosesinin geniş vüsət almasını qeyd edərək əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əmin olduğunu ifadə edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə Agentlik tərəfindən hazırlanan “MEDİA Lab” layihəsi və layihənin təşkili mexanizmləri müzakirə olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]