“Sədərək”də mağazaya basqın – Sahibkar yaralandı

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində quldurluq hadisəsi törədilib.

Noyabrın 11-də naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Ağayev Şakir Fərhad oğlunun işlətdiyi mağazaya daxil olub. O, dəmirlə biznesmenin baş nahiyəsinə xəsarət yetirib. Daha sonra həmin şəxs mağazadan 30 min manat pulu götürərək uzaqlaşıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, quldurluq əməli ilə bağlı müvafiq araşdırma aparılır: “Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]