Meksikada polis helikopteri qəzaya uğradı – 4 nəfər öldü

Meksikanın mərkəzindəki Aquaskalientes ştatında regional polisə məxsus helikopter qəzaya uğrayıb.

Aktualtv.az xəbər verir ki, təyyarədə olan 4 nəfər, o cümlədən ştatın ictimai təhlükəsizlik departamentinin rəhbəri Porfirio Sanchez Mendoza həlak olub .

Helikopter, əvvəllər Mendozanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə prokurorluq əməliyyatında iştirak etdiyi ərazinin yaxınlığında, Jesús Maria bələdiyyəsində qəzaya uğrayıb. Qəzanın mümkün səbəbləri barədə məlumat verilməyib.

Bölgə rəsmiləri hələlik hadisə ilə bağlı açıqlama verməyib və insanların ölümü ilə bağlı məlumatı təsdiqləməyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]