Rusiyada şəxsi helikopter qəzaya uğradı – iki nəfər öldü

Rusiyanın Tver vilayətində şəxsi “Robinson” helikopterinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

“Helikopter Vyazovets kəndi yaxınlığındakı əkin sahəsinə düşüb. Təyyarədə pilot və sərnişin olub. Hər ikisi ölüb”, – mənbə bildirib.

Qəzanın səbəblərinə texniki nasazlıq və pilot xətası göstərilir. 

Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə 22 nəfər və 6 texnika göndərilib. Rusiyanın Fövqəladə Hallar Nazirliyindən doqquz nəfər və üç texnika cəlb olunub. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]