Biz heç kimdən icazə almırıq – Ərdoğandan AÇIQLAMA

Nazirlər Kabinetinin bugünkü iclasında təhlükəsizlik təhdidləri ilə bağlı aparılan əməliyyatları ətraflı müzakirə etdik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə sərhədlərinin 30 kilometr dərinlikdə təhlükəsizlik zolağı ilə qorumaq qərarı hər hadisə ilə daha da güclənir.

“Minlərlə kilometr uzaqdan gəlib terrorçu ilə məsumu ayırd etmədən hər yeri yandıranlar Türkiyənin bu həssaslığına hörmət etməlidir. Terrorçu olaraq tanınmış təşkilata ad dəyişmə oyunları ilə dəstək verənlərin ikiüzlülüyünə dözəcək vəziyyətdə deyilik”, – deyə Prezident vurğulayıb.

Ölkə lideri onu da qeyd edib ki, Türkiyə təhlükəsizliklə bağlı addımlar atarkən heç kimdən icazə almır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]