“Uber” 14 milyon dollar cərimə olundu

Avstraliyanın Federal məhkəməsi sərnişin daşınması üzrə “Uber” platformasını 21 milyon Avstraliya dolları (14,1 milyon dollar) həcmində cərimə edib.

Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı “ABC” telekanalı yayıb.

Məlumata görə, buna səbəb müştərilərin gediş haqqının miqdarı ilə bağlı aldadılması və səfərlərin ləğv olunmasına görə onlardan pul tələb olunması olub.

Bildirilir ki, “Uber” 2017-ci ilin dekabrından 2021-ci ilin sentyabrına qədər platforma istifadəçilərdən səfərlərin ləğv olunmasına görə vəsait tələb edib. Halbuki sözügedən müştərilər səfərləri ödənişsiz olan 5 dəqiqəlik müddət ərzində ləğv edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]