İranda azərbaycanlı həkim barəsində ölüm hökmü verildi

İranın Kərəc şəhərində yaşayan həkim Həmid Qarahəsənli barəsində ölüm hökmü verilib.

Aktualtv.az “BBC”yə istinadən xəbər verir ki, 53 yaşlı radioloq Həmid Qarahəsənli İranda keçirilən etiraz aksiyalarında SEPAH-a bağlı olan “Bəsic” qüvvələrinin üzvünün bıçaqlanaraq öldürülməsi işi üzrə ittiham edilərək edam cəzasına məhkum edilib.

H. Qarahəsənlinin həyat yoldaşı, 46 yaşlı Fərzanə Qarahəsənli isə 25 il müddətə azadlıqdan məhrum edilib.

Yerli media sözügedən cütlüyün azərbaycanlı olmasını iddia edir.

Qeyd olunur ki, ailə ölkədəki etirazlar zamanı öldürülən Hədis Nəcəfi adlı qadının 40 mərasiminə qatıldıqdan sonra saxlanılıblar. Daha sonradan cütlüyə qarşı ittihamlar irəli sürülüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]