Səttar Xanın qohumu olan azərbaycanlı vəfat etdi

Məşrutə inqilabının əsas liderlərindən biri və xalq qəhrəmanı Səttar Xanın qohumu olan İsfəndiyar Qarabaği vəfat edib.

Aktualtv.az İran KİV-lərinə istinadən xəbər verir ki, “İnqilabın səsi” ləqəbli azərbaycanlı 79 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Tanınmış mədəniyyət xadimi olan Qarabaği Təbrizdə doğulmuş və Səttar xanın nəslindən olan müğənnilik üzrə doktorluq dərəcəsi almış yeganə şəxsdir.

Atası Qoli Xan Salar yeddi dil bilən Azərbaycan ziyalılarından biri idi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]