Kəlbəcərdə minaya düşən şəxslərin vəziyyəti açıqlandı – Video – Yenilənib

Xəbər verdiyimiz kimi, ötən gün Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşüb. Hadisə nəticəsində yaralanan üç nəfər xəstəxanaya yerləşdirilib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın həkimi Ruhin Abuzərli qeyd edib ki, yaralılar Pənahov Radiq, Allahverdiyev Siyasət, Əliyarov Sadir xəstəxanaya ötən gün saat 05:30 radələrində daxil olublar: “Hazırda xəstələrin müayinə və müalicələri davam edir. Onların vəziyyəti orta-ağırdır”.

AzTV-nin yaralıların vəziyyəti ilə bağlı süjetini təqdim edirik:


TƏBİB-dən verilən məlumata görə, Kəlbəcərdə baş verən mina partlayışı zamanı xəsarət alan 3 nəfər (mülki vətəndaşlar olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunublar.

15.12.2022-ci ildə saat 05:10 radələrində xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onlardan birinin müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam edir. Vəziyyəti stabildir, sabah əməliyyat edilməsi nəzərdə tutulub.

Xəsarət alan şəxslərdən ikisinin müalicəsinə isə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada davam edilir. Vəziyyətləri stabildir. Xəsarət alanların diaqnozları sağ baldır sümüyünün və daban sümüyünün sınığı olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]