Saakaşvilinin videosunu yaydıqlarına görə şikayət edəcək – Vəkili danışdı

“Saakaşvilinin videosu onun razılığı olmadan paylaşılıb”.

Aktualtv.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze deyib.

Vəkilin sözlərinə görə, ötən gün eks-prezidentin şəxsi məlumatlarını ictimailəşdirdiyinə görə, Penitensiar Xidmətə qarşı şikayət ediləcək.

Qeyd edək ki, ötən gün Penitensiar Xidmət eks-prezident Mixail Saakşvilinin müxtəlif vaxtlarda qeydə alınan video görüntülərini ictimaiyyətə təqdim edib. Kadrlar 9 avqust, 4 oktyabr, 6 oktyabr və 12 dekabr tarixlərinə aiddir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]