Vətən uğrunda cəsarətin, vətənə məhəbbətin nümunəsini bütün dünyaya göstərirlər

“Şuşa-Xankəndi yolunun kiçik bir hissəsində Rusiyanın silahlı sülhməramlıları ilə qarşı-qarşıya dayanaraq, erməni separatçılarının cinayətkar əməllərinə etirazını bildirən insanlar milli birliyin, xalq-dövlət vəhdətinin, Vətən uğrunda cəsarətin, vətənə məhəbbətin nümunəsini bütün dünyaya göstərirlər”.

Bunu deyən “Gənclərin Anti-narkomaniya” ictimai birliyinin sədr müavini Büllur Məmmədova vurğulayıb ki, aksiyanın ilk dəqiqələrindən Azərbaycan xalqının bir yumruq olaraq hərəkət etdiyinin, qarşıya qoyulan məqsədə nail olmaq üçün var qüvvəsi ilə mübarizə aparmasını gözləri ilə görüb.

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasına daxil olan Şuşa-Xankəndi yoluna daxil olanda heç kim, yəni bu aksiyanı təşkil edən və bizimlə bərabər hərəkət edən QHT-lərin təmsilçilərinin ilk qrupu növbəti anda nələrin baş verəcəyini bilmirdi. Amma insanlarda nə tərəddüd var idi, nə də qorxu hissi. Biz yalnız irəli baxırdıq, yalnız tələbələrimizi səsləndirirdik, ümumiyyətlə, aksiyanın tempini yüksək səviyyədə saxlamaq üçün əlimizdən gələni edirdik. Əminliklə deyə bilərəm ki, ilk andan Şuşa-Xankəndi yolunda piket keçirən, Azərbaycan ekoloqlarının Qızılbulaq və Dəmirli yataqlarının monitorinqini aparmaları üçün müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri səsləndirən qeyri-hökumət təşkilatları çox böyük əzmkarlıq nümayiş etdirdilər. Bu, indi də belədir. Şübhəsiz ki, bu, eyni zamanda, Azərbaycan dövlətinin və xalqının vətəndaş cəmiyyətinə olan yüksək inam və etimadının göstəricisidir. Tələbələrimiz yerinə yetirilməyənə qədər biz bir addım da geri çəkilən deyilik.

Aksiyanın ilk gününün gecəsi bəzi QHT nümayəndələrinə istirahət etmək lazım idi, çünki səhhətlərinin vəziyyəti bunu tələb edirdi. Həmin gecə -4-6 dərəcə şaxta var idi. İnsanlar isti otaqlarda istirahət etməkdən imtina etdilər, əvəzində isə, o şaxtalı gecədə yerdə yatdılar. Onlar öz qərarını belə əsaslandırdılar ki, biz aksiyanın keçirildiyi məkanı tərk edə bilmərik.

Bütün bunların canlı şahidiyəm. Azərbaycanın Qeyri-Hökumət Təşkilatları bu gün də bu xətti davam etdirir və mübarizələrində möhkəmdirlər, çünki hər birimiz Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının güclü dəstəyini hiss edirik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]