“Hamının danışmaq hüququ var” – Parlamentdə NARAZILIQ

“Hamının danışmaq hüququ var. Birinci dəfə deyil ki, mən çıxışa yazılanda səsə qoyulmaq tələbi qoyulur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Erkin Qədirli deyib.

“Bu, yalnız mənə görə olmur, başqa hallarda da olur. O səbəbdən də bəzən bizim çıxış etmək imkanımız olmur”, -deyə deputat bildirib.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, bu zalda hələ heç kimin sözü kəsilməyib: “Kim yazılırsa, mən hamıya söz verirəm. Müzakirələr kəsilibsə, hamının razılığı ilə olub. Xahiş edirəm bunu nəzərə alın”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]