Rusiya hücumları nəticəsində həlak olan ukraynalı uşaqların sayı məlum oldu

“Genişmiqyaslı işğal başlanandan Rusiya qoşunları Ukraynada 450 uşağı öldürüb, 872 nəfəri yaralayıb”.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edilir ki, Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1 300-dən çox uşaq xəsarət alıb.

Həmçinin bildirilir ki, bu rəqəmlər yekun xarakter daşımır, çünki onların aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti ələ keçirilən və azad edilmiş ərazilərdə müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Əsasən, Donetsk vilayətində – 428, Xarkovda – 268, Kiyevdə – 117, Nikolayevdə – 81, Zaporojyedə – 80, Xersonda – 77, Çerniqovda – 68, Luqanskda – 65, Dnepropetrovskda – 40 uşaqlar əziyyət çəkiblər.

Xüsusilə, dekabrın 30-da düşmənin Kiyevə raket hücumu nəticəsində 14 yaşlı qız yaralanıb.

Rusiya qoşunlarının həyata keçirdiyi bombardmanlar nəticəsində ümumilikdə 3 126 təhsil müəssisəsi zərər görüb, onlardan 337-si tamamilə məhv edilib.

Ukraynada 330-dan çox uşaq itkin düşmüşlər siyahısındadır.

Mənbə: Ukrinform

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]