Rüşvətə görə işdən çıxarılan direktorun yerinə TƏYİNAT

Sumqayıt şəhərində 32 nömrəli məktəbə yeni direktor təyin olunub.

Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Fəzilə Mahmudova 32 nömrəli məktəbin direktoru təyin edilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbul müsahibəsi Elm və Təhsil Nazirlyi tərəfindən həyata keçirilir. Qeyd olunub ki, Mahmudova Fəzilə Ələsgər qızı direktorların işə qəbulu imtahanında uğur qazanaraq Elm və Təhsil Nazirinin müvafiq əmri ilə direktor təyin olunub.

Xatırladaq ki, ötən ilin sentyabr ayında adıçəkilən məktəbin direktor əvəzi Esmira İbrahimova müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısına görə işdən çıxarılıb

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]