Böcək dişləməsinin yaratdığı yara sağalmayanda həkimə müraciət edən kişi sarsıdıcı diaqnozla üzləşib. Mütəxəssislər 6 həftədən sonra sağalmayan yaralar üçün həkimlərdən kömək almağı tövsiyə etdi
Aktualtv.az xəbər verir ki, İrlandiyada yaşayan 3 uşaq atası 34 yaşlı Co Bekvit ötən ilin oktyabrında böcək dişləyib. Kiçik bir həşərat dişləməsinin böyük problemlər yaratmayacağını düşünən Co bunun üçün həkimə getməyə ehtiyac duymadı.
Sonrakı günlərdə gəncin heç bir problemi olmasa da, həşəratın yaratdığı yara sağalmırdı və gecə tərləmələri başladı.
Bacısı Leanne qardaşını təcili yardım otağına apararaq, yaranın yoluxacağını və ciddi problemlər yarada biləcəyini söylədi.
Oktyabrın 19-da Co xəstəxanaya getdi, qan analizləri verdi və evə göndərildi. Cəmi bir neçə saatdan sonra həkimlər 3 uşaq atasına zəng edərək onun dərhal xəstəxanaya qayıtmasını tələb ediblər.
Həkimlər həşərat dişləməsi üçün antibiotik müalicəsinə başladıqdan sonra Co-nu St James xəstəxanasına yerləşdirdilər və kimyaterapiya müalicəsinə başladılar.
Davamlı qan və trombosit köçürülməsinə ehtiyacı olan kişinin müalicəsi davam edirdi. Həkimlər vəziyyətinin yaxşılaşdığını desələr də, Co-nun ailəsi başladıqları yardım kampaniyası ilə müalicə xərclərini qarşılamağa çalışır.
Kəskin miyeloid leykemiya (AML) çox sürətlə irəliləyə bilən və uzunmüddətli müalicə və səbr tələb edən bir xəstəlikdir.
Xəstəliyin simptomları ani başlayan zəiflik, yorğunluq, infeksiya, öskürək, sümük ağrısı, qəbizlik, ürəkbulanma və qusmadır.










