Tailandda neft tankerində partlayış: 1 ölü, 2 yaralı var – ÖZƏL

Taylandın paytaxtı Banqkok yaxınlığında Mae Klonq çayında lövbər salmış neft tankerində baş verən partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. İtkin düşən 4 ekipaj üzvü üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Aktualtv.az xəbər verir ki, Tailandın cənubundakı Samut Sonqxram əyalətindəki Mae Klonq çayında lövbər salan tankerdə şiddətli partlayış baş verib.

Neftlə yükləndiyi öyrənilən tankerin partlaması ətraf ərazilərdə də hiss olunub. Tayland Dəniz Administrasiyasının baş direktor müavini Phuriphat Thirakhunphisuth hadisə ilə bağlı açıqlamasında 1 dənizçinin həyatını itirdiyini, 4 ekipaj üzvünün itkin düşdüyünü bildirib.

İtkin düşən heyətin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb. Thirakhunphisuth bildirib ki, partlayışın şiddəti ilə yaxınlıqdakı bir evin pəncərələri partlayıb, 2 nəfər yaralanıb.

Thirakhunphisuth yanğının böyümədən nəzarət altına alındığını və hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Partlayışın səbəbi hələlik məlum deyil.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]