Amerika Xərçəng Cəmiyyəti, 1991-ci ildən 2019-cu ilə qədər üç onillikdə xəstəlikdən ölüm nisbətinin 32 faiz azaldığını açıqladı.
AktualTV.az xəbər verir ki, döş və ağciyər kimi ümumi xərçəng növləri üçün ölüm nisbətlərinin azalması qarşısının alınması, skrininq, erkən aşkarlanması və müalicəsində irəliləyişlə əlaqələndirilir.
32 faiz isə bunun sayəsində 3,5 milyon insanın sağ qalması deməkdir.
Bununla belə, xərçəng hələ də ABŞ-da ürək xəstəliyindən sonra ikinci ölüm səbəbidir.
Xərçəngdən ölüm nisbəti 1991-ci ildə 100.000 nəfərə 215 idisə, 2019-cu ildə bu rəqəm 100.000 nəfərə 146-ya düşüb.
2000-ci illərdən bəri süd vəzi xərçənginə tutulma nisbətləri 0,5 faiz artıb.
Bununla belə, bu növ xərçəngdən ölüm halları azalıb.










