Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin təşkilatın baş katibi Antonio Quterreşə ünvanladığı məktubu Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi dərc olunub.
Məktubda bildirilir ki, 2022-ci ildə Ermənistan 1992-1994-cü illərdə baş vermiş Qarabağ müharibəsində itkin düşmüş hesab edilən 106 nəfərin qalıqlarını Azərbaycana qaytarıb.
Sənədə əsasən, Ermənistanın bu qalıqları 30 ildir ki, bütün mənəvi prinsiplərə zidd olaraq saxlaması dərin hiddət doğurmaya bilməz.
O fakt da vurğulanır ki, Ermənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kütləvi məzarlıqlar barədə məlumat verməkdən yayınmaqda davam edir.
Üstəlik, Ermənistanın mina sahələrinin tam və dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi axtarış əməliyyatlarına ciddi təhlükə və əngəl törədir.










