Finlandiya NATO-ya üzvlük müraciətini İsveç olmadan davam etdirməyi nəzərdən keçirə bilər.
Aktualtv.az xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto “Yle”yə telefonla verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, Finlandiyanın İsveçlə çiyin-çiyinə NATO-ya daxil olmaq istəyi qalır. Bununla belə, İsveçin müraciəti daha uzun müddət gecikdirilərsə, Finlandiya NATO-ya üzvlük ərizəsini İsveçlə eyni vaxtda təşviq etmək məsələsinə yenidən baxmalı olacaq.
Finlandiya XİN başçısı əlavə edib ki, İsveçdəki etirazlar bu ölkənin və Finlandiyanın NATO-ya müraciət prosesində açıq maneəyə çevrilib. Nazirin sözlərinə görə, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ən azı Türkiyədə keçiriləcək seçkilərə, yəni mayın ortalarına qədər təxirə salınacaq. Nazir həmçinin Finlandiya, İsveç və Türkiyənin yazın əvvəlində vəziyyətin qiymətləndiriləcəyi yeni üçtərəfli görüş təşkil etməyə çalışdıqlarını vurğulayıb.










