Türkiyə Ukraynaya üzən stansiyalar verəcək

Türkiyənin “Karpowership” şirkəti Ukraynaya üzən elektrik stansiyaları verəcək.

Şirkət stansiyaların verilməsi ilə bağlı Ukraynanın Enerji Şirkəti ilə müqavilə imzalayıb.

500 MVt gücündə üzən elektrik stansiyaları Ukraynada 1 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək.

“Üzən elektrik stansiyaları elektrik problemlərinə sürətli, etibarlı və çevik həllər təklif edir və biz bu işdə Ukraynaya mümkün qədər tez dəstək verməyə hazırıq”, – şirkət rəsmisi bildirib.

Üzən elektrik stansiyaları Moldova və Rumıniya limanlarında yerləşdirilə bilər. Ukrayna şəbəkələri bu ölkələr vasitəsilə elektrik enerjisi alacaq. Ukrayna və Türkiyə şirkətləri bu məsələ ilə bağlı Rumıniya və Moldova hakimiyyətləri ilə danışıqlar aparmağı planlaşdırır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]