Xorvatiya prezidenti Almaniyaya etiraz etdi – “Rusiya ilə savaşırıq?”

Xorvatiya prezidenti Zoran Milanoviç Almaniya XİN başçısının Rusiya ilə müharibə barədə dediklərini şərh edib.

Aktualtv.az  xarici mətbuata istinadən xəbər verir ki, prezident bu barədə mətbuata açıqlamasında danışıb.

“Almaniyanın XİN başçısı Strasburqda ingiliscə çıxışı zamanı deyirdi ki, biz bir olmalıyıq, çünki Rusiya ilə savaşırıq. Sitat gətirirəm: “Rusiya ilə savaşırıq”. Mən bunu bilmirdim. Ola bilər ki, Almaniya yenə Rusiya ilə müharibə aparır. Onda onlara uğurlar, 70 il əvvəlkindən daha yaxşı nəticə əldə etsinlər”, – deyə o bildirib.

Xorvatiya prezidentinin sözlərinə görə, Ukraynanı silahla təmin etməyin sülhə necə apara biləcəyini anlamır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]