Yanvarın 10-da Pekin Tokionun Çin vətəndaşlarının ölkəyə girişinə qadağa qoymasına cavab olaraq yaponlara vizaların verilməsini dayandırıb.
Aktualtv.az xəbər verir ki, Çinin Yaponiyadakı səfirliyi və konsulluğu bazar günündən etibarən yaponlara vizaların verilməsini bərpa edib. Bu barədə Çinin Tokiodakı səfirliyi məlumat yayıb.
“Bu gündən etibarən Çinin Yaponiyadakı səfirliyi və konsulluğu Çinə səyahət edən Yaponiya vətəndaşları üçün müntəzəm viza verməyə davam edir” deyə Çin səfirliyi və konsulluğu WeChat-da yazıb.
Yanvarın 10-da Çinin Tokiodakı diplomatik missiyası yaponlara vizaların verilməsinin dayandırıldığını bildirib. Bu, Tokio Yaponiyaya səyahət edən Çin vətəndaşlarına yola düşməzdən 72 saat əvvəl mənfi bir covid testi sertifikatı təqdim etməyi və gəlişdə PCR testi keçirməyi əmr etdikdən sonra baş verdi. Yaponiya hökuməti bu tədbirləri dekabr ayında Çində genişmiqyaslı koronavirus epidemiyasından sonra tətbiq edib.
Etibar Məmmədov/ aktualtv.az










