“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prioritetimizdir”.
Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:
“Bizi Cənubi Qafqaz dövlətləri ilə ümumi tarix, mənəvi və mədəni yaxınlıq, xalqlar arasında möhkəm dostluq telləri bağlayır. Cənubi Qafqazla həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, onun nəqliyyat, logistika, ticarət, investisiya, texnoloji imkanlarından qarşılıqlı faydalı istifadəsində maraqlıdır” deyən Lavrov qeyd edib ki, ölkəsi regionda yığılmış münaqişə potensialının aradan qaldırılması üçün intensiv işləyir. Bu baxımdan prioritet vəzifələrdən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır.
Etibar Məmmədov/ aktualtv.az










