ABŞ dövlət katibi Entoni Blinken Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra açıqlamasında onu da bildirib ki, İranın nüvə silahı əldə etməsinə icazə verilməməlidir.
Aktualtv.az xəbər verir ki, görüşdə İranın regionda sabitliyi pozan hərəkətlərinə qarşı çıxmaq və mane olmaq üçün əməkdaşlığın dərinləşdirilməsi müzakirə edilib. Netanyahunun sözlərinə görə İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Ortaq siyasətin işlənib hazırlanması və təhlükənin qarşısının alınması üçün birgə səylər barədə söhbət qənaətbəxş olub.
“İsrail əlindən gələni etməlidir ki, İranın nüvə silahı və onların çatdırılma vasitələrinin qarşısı alsın. Dünya rejimin öz xalqına qarşı vəhşiliyini, sərhədlərindən və Yaxın Şərqdən kənara necə zorakılıq ixrac etdiyini gördü” – deyə Blinken vurğulayıb.
Büllur Məmmədova / aktualtv.az










