Ukraynaya qırıcı təyyarələrin tədarük ehtimalı istisna oluna bilməz, ancaq bu, eskalasiyaya səbəb olmamalı və Fransa ordusunun müdafiə qabiliyyətinə xələl gətirməməlidir.
Aktualtv.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron qırıcı təyyarələrin Ukraynaya tədarük mümkünlüyü ilə bağlı sualı cavablandırarkən “əslində heç nə qadağan olunmayıb, biz hər bir işə ayrıca baxacağıq” açıqlamasını verib. Qırıcı təyyarələrin göndərilmə şərtlərini sadalayan Makron vurğulayıb ki, silahlar Rusiya ərazisinə zərbələr endirmək üçün deyil, Ukraynanın müqavimət göstərmək səylərinə kömək etmək məqsədilə göndərilə bilər.
Xatırladaq ki, yanvarın əvvəlində “Politico” nəşri öz mənbələrinə istinadən xəbər vermişdi ki, Qərb ölkələrinin nümayəndələri Ukraynaya qırıcı təyyarələrin ötürülməsi imkanları ilə bağlı daxili müzakirələr aparır.
Büllur Məmmədova / aktualtv.az










