İran rəsmi şəxs və səfirlikləri hədəf ala bilər – Özəl

İsrailin təhlükəsizlik xidməti İranın hərbi obyektlərinə edilən hücumlarla bağlı Tehranın mümkün cavab tədbirlərini müzakirə edir.

Aktualtv.az xəbər verir ki, “Times of Israel”in məlumatına görə, İran xarici ölkələrdə olan israilli turist, rəsmi şəxs və səfirlikləri hədəf ala bilər.

Xatırladaq ki, yanvarın 28-i İran Müdafiə Nazirliyinin hərbi-sənaye obyektlərinə dronlarla zərbələr endirilib. Xarici mediada hücumların İsrail tərəfindən endirildiyini iddia edən məlumatlar dərc olunsa da, İsrail bu məsələ ilə bağlı açıqlama verməyib. İran isə öz növbəsində İsrailə xəbərdarlıq edərək “alovla oynamaq lazım deyil” təhdidləri səsləndirib.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]