“Hazırda gündəmdə əsirlərin mübadiləsi olsa da Ankaranın əsas məqsədi Rusiya və Ukrayna liderlərini bir araya gətirməkdir”.
Aktualtv.az xəbər verir ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bütün məsələlərin müzakirə yolu ilə həlli üçün cəhd etdiklərini bildirib. Həmçinin vurğulayıb ki, ərazisi işğal olunmuş Ukrayna cavab tədbirləri görməkdə haqlıdır.
“Suriya ilə danışıqlara gəlincə isə yer və tarix hələ məlum deyil. Biz İranın prosesdə iştirakını alqışlayırıq. Suriya bu sahədə mühüm aktordur. Bizim fikrimizcə, İranın danışıqlarda iştirakı öz töhfəsini verir. Xarici işlər nazirlərimiz danışıqlar aparır. Bu ay ola bilər, amma hələ dəqiq tarix və ya yer yoxdur. Amma bu görüşlərin yaxın həftələrdə baş tutacağını gözləyə bilərik”. – deyə bildirib.
Büllur Məmmədova / aktualtv.az










