Fransada pensiya islahatına qarşı etiraz nümayişlərinin ikinci günü başa çatıb.
Aktualtv.az xəbər verir ki, nümayişdən sonra hökumət və həmkarlar ittifaqları arasında rəqəm mübarizəsi başlayıb. Fransa Daxili İşlər Nazirliyi Parisdə 87 min nümayişçi olduğunu deyir, həmkarlar isə bu rəqəmin 500 min olduğunu iddia edir. Həmkarlar İttifaqları yanvarın 19-da keçirilmiş ilk nümayişlərdə 2 milyon, yanvarın 31-də isə 2,8 milyon insanın səfərbər olduğunu bildirir.
Daxili İşlər Nazirliyi rəqəmlərlə bağlı açıqlama verməyib. Dövlət qulluqçularının 20 faizi etiraz nümayişlərinə qatıldığı bildirilir. Təhsil sistemi əməkdaşlarının 55 , Dəmir Yolları işçilərinin isə 37 faizi tətilə çıxıb. Ölkədə 8 əsas həmkarlar ittifaqı fevralın 7-si və 11-ni yenidən tətil və nümayiş günü elan ediblər.
Qeyd edək ki, etiraz nümayişində təhlükəsiziliyin təmin edilməsi məqsədilə 11 min jandarm və polis cəlb edilib.
Büllur Məmmədova / aktualtv.az










