SpaceX 49 Starlink mikropeykindən ibarət bürclə Falcon 9 daşıyıcı aparatını uğurla orbitə çıxardı. Yayım şirkətin saytında baş tutub.
Aktualtv.az xəbər verir ki, raketin Vandenberq Hərbi Hava Qüvvələri bazasından (Kaliforniya) buraxılışı yerli vaxtla saat 08:15-də baş tutub. Şirkət fevralın 2-də daha 53 mikropeykin orbitə çıxarılmasının planlaşdırıldığını bildirir.
Starlink şəbəkəsinin 260 kq ağırlığında çoxsaylı cihazları yerləşdirməkdə məqsədi internetə çıxışı təmin etməkdir. Ümumilikdə 11 min peykin orbitə buraxılması və istifadəyə verilməsinin 10 milyard dollara başa gələcəyini təxmin edən SpaceX şirkətinə görə, 5G standartına uyğun olaraq saniyədə 1 gigabit sürətlə genişzolaqlı internet təmin edə biləcək.
SpaceX 2019-cu ilin may ayından etibarən 3200-dən çox Starlink peykini orbitə çıxarıb.
Səbinə Kərimova /aktualtv.az










