Çin-Tayvan münasibətləri gərginləşir – Müharibə olacaq? – Özəl

Tayvan Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə aid 34 hərbi təyyarə və 9 döyüş gəmisinin göründüyünü açıqlayıb.

Aktualtv.az xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilib ki, 2 SU-30, 2 J-11, 4 J-10, 6 J-16 döyüş təyyarəsi, 1 “Y-8 EW” dəniz nəqliyyatı, 1 “Y-8 ASW” dəniz patrulu və 2 “Y-8” ELINT” elektron kəşfiyyat təyyarəsi və “BKZ-005” və “BKZ-007” tipli hərbi pilotsuz təyyarələr Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırmaq üçün nəzərdə tutulan hava və dəniz xətlərini keçib və Tayvan “ Hava Hücumundan Müdafiənin Müəyyənləşdirilməsi Zonası (ADIZ)” sahəsinə daxil olub.

Açıqlamada, adanın ətrafında aşkarlanan 34 hərbi təyyarə və 9 gəminin elektron izləmə cihazları, patrul təyyarələri, gəmilər və yerüstü raket sistemləri ilə izləndiyi bildirilib.

Uçuşlar Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavelin Tayvan lideri Tsay İnq-Ven ilə telefon danışığından sonra həyata keçirilib. Pekin bu görüşə “Çinin daxili işlərinə qarışmaq”, “bir Çin prinsipini pozmaq” və “Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrə yanlış siqnal vermək” kimi əsaslarla etiraz etmişdi.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda səfərindən sonra Çin Tayvan ətrafında hərbi patrul fəaliyyətlərini və Tayvan boğazını ayıran nominal “orta xətti” keçdiyi uçuşları nizamladı.

Adanı öz ərazisinin bir hissəsi hesab edən Pekin “vahid Çin prinsipi”ni vurğulayır və Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və şərt qoyur: Tayvanla diplomatik əlaqələri kəsməlidir.

Səbinə Kərimova /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]