Gürcüstanın Rusiyadan ərazi tələbi – Geri qaytarılmasa müharibə bitməyəcək – Özəl

Rusiyanın Ukraynaya qarşı müharibəsinin sonunda imzalanacaq sülh sazişində Kremldən Gürcüstan ərazilərinin təxminən 15 ildir davam edən işğalından əl çəkməsini tələb edən bənd olmalıdır.

Aktualtv.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib. “Rusiya sərhədlərinin harada olduğunu başa düşməlidir. Gürcüstanla bağlı məsələlər danışıqlar masası üzərində olmalıdır, çünki heç kim düşünməməlidir ki, Rusiya regiondakı bütün işğal olunmuş ərazilərindən geri çəkilmədən bu müharibə həll edilə bilər”, – deyə dövlət başçısı bildirib.

Gürcüstan prezidenti vurğulayıb ki, Abxaziya və Şimali Osetiyanın işğalına son qoyulması Rusiya prezidenti Vladimir Putinin Ukraynada məğlubiyyətindən asılıdır və bu an yaxınlaşır. “Rusiya müharibədə olmasa da, artıq demək olar ki, döyüşlərdə məğlub olub”, – deyə Zurabişvili bəyan edib.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]