ÜST dörd həftə ərzində dünyada COVID-dən ölümlərin 65% artdığını bildirir – Özəl

Yanvarın 2-dən 29-dək 20 milyona yaxın insan koronavirusa yoluxub, 114 mindən çox insan ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə günü bildirib ki, ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 65 faiz artıb, yoluxma sayı isə 78 faiz azalıb.

Aktualtv.az xəbər verir ki, ÜST-nın məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 19 955 978 yoluxma halı və 114 372 ölüm halı qeydə alınıb.

28 gündə ən çox yoluxma Çində aşkarlanıb – 11 354 058 nəfər. Onu Yaponiya (3 207 097), ABŞ (1 513 538), Koreya Respublikası (1 032 801) və Braziliya (459 986) izləyib.

Pandemiyanın başlanğıcından fevralın 1-nə qədər 753 651 712 koronavirus yoluxması və 6 813 845 ölüm halı alıb.

Son sutka ərzində 157 092 yoluxma faktı aşkarlanıb, 720 nəfər ölüb.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]