Zelenski mühüm iclas keçirdi – Nələr müzakirə olunub? – Özəl

Ukrayna prezidenti Vladimir Zelenski Ali Baş Komandanın qərargahında ikitərəfli formatda “xüsusilə mühüm məsələ üçün” iclas keçirib.

Aktualtv.az xəbər verir ki, Zelenski axşam yayımlanan video mesajında görüş barədə bunları deyib:

“Bu gün mən ilk dəfə iki formatlı qərargah iclasını keçirdim. Əvvəlcə qərargahın ənənəvi tam tərkibi ilə görüşdüm. Biz cəbhədəki vəziyyəti araşdırdıq. Ordunun təminatı, şəxsi heyətin hazırlığı məsələlərinə toxunduq. Günortadan sonra isə, “xüsusilə mühüm məsələ üçün” qərargah üzvlərinin dar iclası formatında əlavə iclas keçirdik”.

Lakin o, ikinci iclasda kimin iştirak etdiyini və nəyin müzakirə edildiyini deməyib.

Dövlət başçısı videomüraciətində son vaxtlar rüşvətxor məmurların axtarışı və həbsinə də toxunub. “Dövlət təmizliyi” şüarı altında yeni addımlar atılacağını açıqlayıb.

Xatırladaq ki, son həftələr Ukrayna mediası ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə bir sıra korrupsiya qalmaqallarını işıqlandırıb. Ekspertlər hesab edirlər ki, Kiyev ABŞ-ın ciddi təzyiqi altında anti-korrupsiya görüntüsü yaratmalıdır və bunu Ukraynaya yeni hərbi yardım paketlərinin verilməsi üçün şərt kimi görür.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]