ABŞ casus şarı səbəbindən Şimali Karolina və Cənubi Karolina üzərində hava məkanının bir hissəsini bağlayıb.
Aktualtv.az xəbər verir ki, Federal Aviasiya Administrasiyasının məlumatına görə, ABŞ hakimiyyəti bunun milli təhlükəsizliyin təmin edilməsi istiqamətində bir addım kimi qiymətləndirib. Qeyd edək ki, ABŞ ötən gün öz hava məkanında Çinin hava şarını vurub. Bununla bağlı əmri Prezident Cozef Bayden verib. Pentaqon hava şarı vasitəsilə hərbi obyektlərin şəkillərinin çəkildiyini iddia edib. Hazırda şarın tullantılarının sudan çıxarılması üzrə əməliyyat aparılır.
Rəsmi Pekin ABŞ-ın Çin Xalq Respubikasına məxsus hava şarına hücumuna etiraz edir və cavab vermək hüququnu özündə saxlayır. “Çin ABŞ-ın mülki pilotsuz hava şarına hücum üçün güc tətbiq etməsinə qarşı kəskin narazılığını və etirazını bildirir. Çin yoxlamadan sonra dəfələrlə Amerika tərəfinə hava şarının mülki istifadə üçün nəzərdə tutulduğunu və tamamilə təsadüfi olan fors-major vəziyyətə görə Birləşmiş Ştatların hava məkanına daxil olması barədə məlumat verib”,deyə Çinin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda vurğulanıb.
Nazirlikdən o da bildirilib ki, hava şarı yerdəki insanlar üçün hərbi və fiziki təhlükə yaratmayıb.
Etibar Məmmədov/ aktualtv.az










