Amerikanın General Dynamics şirkəti Ukrayna üçün yeni Abrams tanklarının istehsalına başlayacaq.
Aktualtv.az xəbər verir ki, bu barədə bazar günü Financial Times qəzeti yazıb. Məlumata görə, şirkət Limadakı fabrikində ayda təxminən 12 tank istehsal edir.
Bildirilir ki, Kiyev hakimiyyətinə vəd edilmiş “Abrams” tanklarının saxlanılması çətindir və yüksək yanacaq sərfiyyatına görə əhəmiyyətli maddi-texniki dəstək tələb olunur. Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin, Kiyevə 31 M1 Abrams tankı vermək qərarına baxmayaraq, Ukrayna tərəfinin döyüş qabiliyyətini qoruyub saxlamasının çətin olacağı fikrini ifadə edib.
Amerika mətbuatının yazdığına görə, yeni Abrams tanklarının 2023-cü ilin sonuna qədər Ukraynaya gəlməsi ehtimalı var.
Səbinə Kərimova /aktualtv.az










