Niderland Almaniya və Danimarka ilə əməkdaşlıq çərçivəsində 100-ə yaxın “Leopard 1” tankı alaraq Ukraynaya tədarük etmək niyyətindədir.
Aktualtv.az xəbər verir ki, Niderlandın müdafiə naziri Kaysu Ollonqren bildirib ki, söhbət Almaniyanın müdafiə sənayesinin ehtiyatlarında olan tanklardan gedir. Ölkələr həmçinin tanklar üçün ehtiyat hissələri və döyüş sursatları da tədarük edəcəklər.
Almaniyanın Müdafiə Nazirliyi Kiyevə “Leopard 1A5” tankının göndəriləcəyi qərarını rəsmən təsdiqləyib. Bildirib ki, 2024-cü ilin birinci və ya ikinci rübünə qədər ən azı üç Ukrayna batalyonu belə tanklarla təchiz edilməlidir. Texnikanın çatdırılması mərhələli şəkildə həyata keçiriləcək. Yaya qədər Kiyevə 20-25 tank, ilin sonuna qədər isə 80-ə qədər tank göndərilməlidir. Məqsəd 2024-cü ilin birinci və ya ikinci rübünə qədər Ukraynaya 100-dən çox tank çatdırmaqdır.
Büllur Məmmədova / aktualtv.az










