Ermənistan Baş naziri Nikol Paşinyan niyə KTMT-nin deyil, Aİ-nin müşahidə missiyasının Ermənistana gəlməsi ilə bağlı danışıb.
Aktualtv.az xəbər verir ki, Paşinyan deyib ki, biz KTMT-yə ən mühüm fundamental məqamlardan biri – Ermənistanda KTMT-nin məsuliyyət zonasının dəqiqləşdirilməsi ilə bağlı müraciət etmişik.
“Yəni Ermənistan Respublikasının nə olduğu barədə öz anlayışınızı bizə təqdim edin! Buna cavab almamışıq”. Paşinyan bildirib ki, Praqada keçirilən dördtərəfli görüşün nəticələrinə əsasən, Ai Ermənistan Respublikasının nə olduğunu dəqiq müəyyən etdi.
“Yəni, dedilər, bu, Ermənistanın xəritəsidir, ya da biz dedik, onlar da təsdiq etdilər. Onlar ərazini müşahidə və nəzarət etmək üçün gəlirlər. Ərazini dərk etmədən müşahidə missiyası ən azı qəribə olacaq, çünki bu halda onların nəyə nəzarət etdikləri bəlli deyil. əgər hər hansı missiya “Ermənistanın ərazisinin nə olduğunu” bilmirsə, Ermənistanın işğal olunub-olunmamasını necə qiymətləndirəcək? – deyə ermənistanın baş naziri qeyd edib
Büllur Məmmədova / aktualtv.az










